hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Bakıda iqtidar-müxalifət görüşü başladı - Arif Hacılı gəlmədi

Bakıda iqtidar-müxalifət görüşü başladı - Arif Hacılı gəlmədi

Bakıda hakim Yeni Azərbaycan Partiyasının da (YAP) iştirakı ilə siyasi partiyalar, media və vətəndaş cəmiyyətinin nümayəndələri “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirirlər.

"Qafqazinfo" xəbər verir ki, YAP-ı partiyanın sədr müavini - icra katibi Əli Əhmədov təmsil edir.

Tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də iştirak edir.

Müsavat Partiyasının başqanı Arif Hacılıya dəvət göndərilsə də, dəyirmi masaya qatılmayıb.

Cebhe.info


Oxunma sayı: 11089