hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

Bakıda işi adamı güllələndi - Təfərrüat

Bakıda işi adamı güllələndi - Təfərrüat

Bakının Sabunçu rayonunda silahlı insident olub.

Cebhe.info xəbər verir ki, hadisə Zabrat yolu, Şəhər şossesində baş verib. İlkin məlumata görə, Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində qeydiyyatda olan 1972-ci il təvəllüdlü Məmmədov Ramiz Hümbət oğlu İlkin adlı şəxs tərəfindən güllələnib.

Onlar arasında yaranan mübahisə zamanı yuxarıda adı çəkilən şəxs avtomobilindəki odlu silahı götürərək R.Məmmədova atəş açıb.

R.Məmmədov dərhal xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatı edilib. Onun aşağı ətraflarından və qarın nahiyəsindən çoxsaylı yaralar aldığı bildirilir.

R.Məmmədov həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

İlkin məlumata görə, R.Məmmədov iş adamı olub. Onun avtomobilindən düşən zaman güllələndiyi bildirilir. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb.

Cebhe.info


Oxunma sayı: 364