hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Bakıda İYRƏNCLİK: 32 yaşlı ata azyaşlı qızına təcavüz etdi

Bakıda İYRƏNCLİK: 32 yaşlı ata azyaşlı qızına təcavüz etdi

Bakıda azyaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Fərhad Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

Cebhe.info Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası sentyabrın 30-na təyin edilib. 

İttihama görə, 1987-ci il təvəllüdlü F.Nəcəfov Bakıda azyaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. 

Azyaşlının anasının şikayəti əsasında saxlanılan ata barəsində həbs-qətimakan tədbiri seçilib. 

F.Nəcəfovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Cebhe.info


Oxunma sayı: 1101