hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Bakıda keçmiş məhkum qadının qızıl boyunbağısını dartıb qaçdı

Bakıda keçmiş məhkum qadının qızıl boyunbağısını dartıb qaçdı

Bakıda qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Yasamal rayonu Əbilov küçəsində paytaxt sakini olan Roza Beydullayevaya qarşı soyğunçuluq edilib.

Naməlum şəxs qadına yaxınlaşaraq onun qızıl boyunbağısını dartıb götürməklə hadisə yerindən qaçıb. Zərərçəkən bu barədə polisə məlumat verən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb.

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə təqsirli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Elşən Qırxlarov saxlanılıb. Saxlanılan şəxs ifadəsində ələ keçirdiyini boyunbağını satdığını bildirib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi və Elşən Qorxlarovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa onlardan aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsi etmələri xahiş olunur.

Cebhe.info


Oxunma sayı: 408