hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Bakıda “kölgə iqtisadiyyatı” müzakirə edilir

Bakıda “kölgə iqtisadiyyatı” müzakirə edilir

Bu gün Bakıda “Kölgə iqtisadiyyatı”na qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. 

Cebhe.info xəbər verir ki, Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “kölgə iqtisadiyyatı”nın azaldılması və şəffaflığın artırılması sahəsində ölkədə aparılan işlər, qarşıya çıxan problemlər və onların həlli yolları, bu sahədə mövcud beynəlxalq təcrübə və qarşıda duran vəzifələr müzakirə edilir. 

Tədbirdə hökumət rəsmiləri, beynəlxalq miqyasda tanınmış nüfuzlu mütəxəssislər, ölkəmizdə fəaliyyət göstərən yerli və beynəlxalq qurumların nümayəndələri iştirak edirlər. 

Yeganə Oqtayqızı
 Cebhe.info


Oxunma sayı: 386