hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Bakıda “Lexus”la saxlanılan sürücü heroin alverçisi çıxdı

Bakıda “Lexus”la saxlanılan sürücü heroin alverçisi çıxdı

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Manafov saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 5 qrama yaxın heroin, idarə etdiyi “Lexus” markalı avtomobilə baxış zamanı 2 kiloqramdan artıq heroin, 1 kiloqram 305 qram metamfetamin, yaşadığı Sabunçu rayonu Zabrat qəsəbəsindəki evə baxış zamanı isə 3 kiloqrama yaxın heroin və 768 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.

Cebhe.info


Oxunma sayı: 650

Bizim Telegram səhifəmizi izləyin