hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

Bakıda müəllimi hədələyən şəxs Ali Məhkəməyə müraciət edib

Bakıda müəllimi hədələyən şəxs Ali Məhkəməyə müraciət edib

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Yaqub Zalov barəsində olan hökmdən kassasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Ali Məhkəməyə müraciət edən Y.Zalov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayət hakim Gülzar Rzayevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin vaxtıl hələlik açıqlanmayıb.

Qeyd edək ki, ötən ilin mart ayında Bakı şəhər sakini Y.Zalov paytaxt sakini A.M. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 5100 manat alıb.

Martın 12-də Suraxanı rayonunun Hövsan qəsəbəsində Y.Zalov yenidən həmin qadını hədələyib 500 manat alarkən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Y.Zalov bu əməli tanışı Səkinə Hümbətova ilə birgə törədib. Daha sonra hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 182.21-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Zalov 5 il azadlıqdan məhrum edilib, barəsində polisin nəzarəti qətimkan tədbiri seçilmiş S.Hümbətovaya isə şərti cəza verilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi isə onların şikayətlərini təmin etməyib.

Xatırladaq ki, zərərçəkmiş A.M. Bakı şəhərində məktəblərin birində müəllim işləyir. 

Cebhe.info


Oxunma sayı: 639