hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Bakıda maşında külli miqdarda narkotik aşkarlandı

Bakıda maşında külli miqdarda narkotik aşkarlandı

Paytaxtın Xətai rayonunda avtomobildən 8-kq-dan çox marixuana aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini F.Cabbarzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və tiryək aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə F.Cabbarzadənin idarə etdiyi “Ford” markalı avtomobilə baxış zamanı polis əməkdaşları oradan çəkisi 8 kiloqramdan artıq marixuana da aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 1211