hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Bakıda mərkəzi rayon yaradılır

Bakıda mərkəzi rayon yaradılır

“Bakı şəhərinin mərkəzi rayonunun özü qərbdən Nərimanov prospekti, cənubdan Neftçilər prospekti, sağda Xəqani Rüstəmov, şimalda isə Bakıxanov küçələrini əhatə edən ərazidir”.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, bu ərazinin daxiilində xüsusi mühafizə zonası nəzərdə tutulur: “Bu, Baş planın strateji hədəflərindən biridir. Mərkəzi rayonun xüsusi mühafizə zonası - İçərişəhər onu əhatə dairəsini, yaxın ətrafda yerli və ölkə əhəmiyyətli tarixi memarlıq və mədəniyyət abidələrinin daha sıx yerləşdiyi ərazini əhatə edir. Bu isə təxmini qeyd edtiyim ərazinin hüdudlarından Füzuli küçəsinə qədər, cənubda Neftçilər prospekti, sağdan Yusif Səfərov küçəsi və digər tərəfdən də Nərimanov prospektini əhatə edən ərazidir”.

Sektor müdiri onu da bildirib ki, Bakının ərazisinin 10 faizi yaşıllıq zonası olacaq.

Cebhe.info


Oxunma sayı: 991