t Bakıda "moyka"nın işçisi qaçırdığı "BMW" ilə ağır qəza törətdi
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Bakıda "moyka"nın işçisi qaçırdığı "BMW" ilə ağır qəza törətdi

Bakıda "moyka"nın işçisi qaçırdığı "BMW" ilə ağır qəza törətdi

Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini H.Məmmədov yanvarın 15-də saat 1 radələrində Binəqədi rayonunun Mircəlal küçəsindəki avtomobillərin yuyulması məntəqəsindən “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, müraciətlə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin həmin məntəqədə işləyən Ağcabədi rayon sakini B.Cavadov tərəfindən qaçırılması və həmin gün saat 4 radələrində Sumqayıt şəhəri ərazisində idarə edərkən maneəyə vurması müəyyənləşib.

B.Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 1464