hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Bakıda Polad Həşimov parkı istifadəyə verildi

Bakıda Polad Həşimov parkı istifadəyə verildi

Bakıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan parkın açılış mərasimi keçirilib.

Cebhe.info xəbər verir ki, Xətai rayonunda yerləşən park bu gündən istifadəyə verilib.

Mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, parkın ərazisi ilə yanaşı, həm də parka birləşən həyətlər də abadlaşdırılıb.

Parkda həmçinin abidə kompleksi də yaradılıb. Polad Həşimovun və 8 şəhidin xatirə lövhəsi vurulub.

Cebhe.info


Oxunma sayı: 925