hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Bakıda qadın avtomobilin altına düşdü, öldü

Bakıda qadın avtomobilin altına düşdü, öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 10-da saat 19 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Abşeron rayon sakini Aidə İsmayılova vurulub və həmin şəxs zərbədən qarşıdan gələn Bakı şəhər sakini C.Abdullayevin idarə etdiyi “Wolkswagen” markalı avtomobilin altına düşüb.

Nəticədə piyada hadisə yerində ölüb.

Səbail Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Cebhe.info


Oxunma sayı: 738