hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Bakıda QƏZA: 4 nəfər yaralandı

Bakıda QƏZA: 4 nəfər yaralandı

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1958-ci il təvəllüdlü Məmmədov Marks Füzuli oğlu, 1995-ci il təvəllüdlü Cəbrayılov Elvin Vahid oğlu, 1998-ci il təvəllüdlü Qarayev Malik Əliş oğlu və 1986-cı il təvəllüdlü Sultanov Mehman Atakişi oğlu ağır bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı M. Məmmədov və M. Qarayeva qapalı kəllə-beyin travması, E.Cəbrayılova döş qəfəsinin küt travması, M. Sultanova isə daxili qanaxma və qarnının küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatları araşdırılır.

Cebhe.info


Oxunma sayı: 1387