hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Bakıda qonşular arasında dava: Gənc oğlan sinəsindən bıçaqlandı

Bakıda qonşular arasında dava: Gənc oğlan sinəsindən bıçaqlandı

Paytaxtda bıçaqlanma hadisəsi olub.

"Qafqazinfo"nun məlumatına görə, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsində qonşular arasında dava olub. Dava zamanı 1992-ci il təvəllüdlü Hüseynzadə Aqşin Musa oğlu qonşusu tərəfindən  bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Həkimlər yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 430