hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Bakıda saxlanılan qadın narkotacirdən XƏBƏR VAR

Bakıda saxlanılan qadın narkotacirdən XƏBƏR VAR

Narkotik vasitələrin və psixotrop maddәlәrin qanunsuz dövriyyәsində təqsirli bilinən Abşeron rayon sakini Lamiyə Abuzərovanın cinayət işi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Unikal.org-un məlumatına görə, cinayət işi hakim Vüsal Qurbanovun icraatındadır. Baxış iclası yanvar ayının 23-ü saat 14:00-a təyin edilib. L.Abuzərova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinir.

Xatırladaq ki, Lamiyə Abuzərova Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılmışdır. Ondan narkotik vasitələrin satışından əldə olunmuş pulların yükləndiyi bankomat kartı götürülmüşdür.

Onun narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Bəşirovla əlbir olduğu müəyyən edilmişdir.

Cebhe.info


Oxunma sayı: 1101