hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Bakıda şirkətin anbarı qarət olundu

Bakıda şirkətin anbarı qarət olundu

Bakıda anbar qarət edilib.

Cebhe.info Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, A.Abbaszadə küçəsində baş verib.

Həmin küçədə yerləşən şirkətlərdən birinin anbarına daxil olan naməlum şəxslər oradan 4200 manat dəyərində 20 min 500 ədəd künclük və 9 min 500 ədəd sıxıcı vasitə oğurlayıb.

Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1999-cu il təvəllüdlü Yusif Həsənov, 1994-cü il təvəllüdlü Fərid Şıxıyev və Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü Təbriz Həsənov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 1101