t Bakıda tanınmış tarzən Humay Qədimovanın avtomobili qarət olunub
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Bakıda tanınmış tarzən Humay Qədimovanın avtomobili qarət olunub

Bakıda tanınmış tarzən Humay Qədimovanın avtomobili qarət olunub

Bakıda tanınmış tarzən Humay Qədimovanın avtomobili qarət olunub.

Bu barədə “Report”a H.Qədimovanın özü məlumat verib.

Onun sözlərinə görə, hadisə yanvarın 12-si saat 12:15 radələrində, paytaxın Səbail rayonunun Teymur Elçin küçəsində qeydə alınıb: “İdarə etdiyim maşınımı Teleteatrın qarşısında yerləşən ərazidə park etdim. Saat 15:40 radələrində avtomobilimə yaxınlaşan zaman isə maşınımın içərisindəki əşyalarımın oğurlandığını gördüm. Sonra DİN-nin “102” Zəng Mərkəzinə müraciət elədim. Qardaşımla birgə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində ərizə yazdım. Hələ də həmin şəxs və ya şəxslər saxlanılmayıb”.

H.Qədimova bildirib ki, bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edib: “Müraciətimdə görüntülərin mənə təqdim edilməsini və cinayətkarın tezliklə tapılmasını xahiş edirəm”.

Tarzən ona dəymiş maddi ziyanı açıqlamaqdan imtina edib:

“Bu barədə istəmirəm ki, məlumat verəm. Mənə az miqdarda ziyan dəysəydi, heç bu qədər tələb etməzdim”.

Cebhe.info


Oxunma sayı: 1277