hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Bakıda tarixi binanın üstündəki tikilinin söküntüsü nə vaxt bitəcək? - MERİYA

Bakıda tarixi binanın üstündəki tikilinin söküntüsü nə vaxt bitəcək? - MERİYA

"Bakıda tarixi binanın üzərində olan tikilinin söküntü işləri yaxın günlərdə yekunlaşacaq".

Cebhe.info xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, hazırda söüküntü işləri davam edir:

"Bakının Nəsimi rayonu 28 may küçəsində yerləşən tarixi binanın üzərindəki əlavənin sökütü işləri davam edir. Ötən gün havanın küləkli olması işləri yubatsa da, hazırda əməkdaşlar həmin ərazidədirlər. Yaxın günlərdə bütün işlərə yekun vurulacaq".

Qurumdan əlavə olunub ki, baş vermiş hadisəni araşdırmaq üçün artıq komissiya yaradılıb.

Xatırladaq ki, tarixi bina 1908-ci ildə inşa edilib və Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxildir.

Cebhe.info


Oxunma sayı: 639