hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Bakıda təhsil almış güneyli siyasi fəal azadlığa buraxıldı

Bakıda təhsil almış güneyli siyasi fəal azadlığa buraxıldı

Güney Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biri Lətif Həsəni azadlığa buraxılıb.

Cebhe.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Lətif Həsəni 2013-cü ilin fevral ayından həbsdə idi və Kərəc həbsxanasında saxlanılırdı.

Qeyd edək ki, L.Həsəni yanvarın 11-də gəzinti zamanı həbsxana həyətində yıxılıb. Güneyli fəalın qolu qırılıb. Cərrahi əməliyyat olunan siyasi məhbus yanvarın 13-ü axşam saatlarında azadlığa buraxılıb.

O, 1969-cu ildə Xalxal şəhərində anadan olub. Orta Məktəb təhsilini Ramsər şəhərində tamamlayıb və Kərəc Universitetinin fəlsəfə fakültəsinə daxil olub. Lətif Həsəni Bakı Dövlət Universitetində beynəlxalq hüquq üzrə magistr təhsili alıb və 2002-ci ildə Güney Azərbaycana qayıdıb.

Lətif Həsəni siyasi və milli fəaliyyətinə görə, bütövlükdə 10 ilə yaxın məhbus həyatı yaşayıb.

Aydın
Cebhe.info


Oxunma sayı: 1343

Bizim Telegram səhifəmizi izləyin