hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Bakıda xanım professor vəfat edib

Bakıda xanım professor vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU)Azərbaycan dili və pedaqogika kafedrasının professoru Əzizə Mikayılova dünyasını dəyişib.

Cebhe.info xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə məlumat verib.

Deputat deyib ki, Əzizə Mikayılova uzun sürən xəstəlikdən sonra vəfat edib: “Onun atası professor Nurqələm Mikayılov ali məktəbdə mənim müəllimim olmuşdu . Əzizə xanımla bir neçə dəfə tədbirlərdə görüşmüşdük, atası barədə danışmışdıq. Əzizə xanımın özünün də dəyərli bir ziyalı olduğu görünürdü. Belə gənc yaşında dünyasını dəyişməsi xəbərinə çox pis oldum”.

Universitetdən verilən məlumatda isə bildirilir ki, Əzizə Mikayılova 1984-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2001-2005-ci illərdə AzTU-nun Azərbaycan dili və pedaqogika kafedrasında müəllim, baş müəllim vəzifələrində işləyib. 2005-ci ildən dosent vəzifəsinə seçilib.

Alçina Amilqızı

Cebhe.info


Oxunma sayı: 1354