hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Bakıda xəstə yaxınları həkimlərə hücum etdi - Baş həkim DAVADAN danışdı

Bakıda xəstə yaxınları həkimlərə hücum etdi - Baş həkim DAVADAN danışdı

Bakıdakı Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimləri ağır vəziyyətdə xəstəxanaya çatdırılan xəstənin yaxınları tərəfindən təhqir və şantaj ediliblər. 

Hadisə dünən gecə saat 23:30-da baş verib. 

Bu barədə Cebhe.info-ya xəstəxananın baş həkimi Bəyalı Məmmədov məlumat verib. Onun sözlərinə görə, 1998-ci il təvəllüdlü Esmira Asif qızı Yusifova təcili tibbi yardımla ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstə anadangəlmə I tip şəkər xəstəsi olub. Xəstə dərhal reanimasiya şöbəsinə yerləşdirilib, tibbi yardım göstərilib, şəkəri normal vəziyyətə salınıb. Həmçinin, xəstəxananın baş həkimi və müavinləri bir neçə dəfə xəstənin vəziyyətinə şəxsən nəzarət ediblər. Baş həkim əlavə edib ki, gecə xəstənin anası və daha 4 kişi qohumu reanimasiya şöbəsinə keçməyə cəhd ediblər. Kişilər sərxoş vəziyyətdə olduğundan dava salıblar: 

“Reanimasiya şöbəsində bir neçə ağır xəstə var, bu şöbəyə giriş qadağandır. Həkimlər sakitləşdirməyə çalışarkən təhqir olunublar. Yalnız mühafizəçilərin müdaxiləsi ilə onları şöbədən çıxarmaq mümkün olub. Yusifova hazırda həkim nəzarətindədir, müayinə və müalicəsi davam etdirilir”. 

Məlum olub ki, E.Yusifova bir neçə gün əvvəl yenə də ağır vəziyyətdə 5 saylı şəhər xəstəxanasına gətirilib. Xəstəxananın baş həkimi Fazil Alməmmədovun saytımıza bildirdiyinə görə xəstə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib, amma şəkəri normal vəziyyətə düşən kimi müalicədən imtina edib. Həkimlərin təkidinə baxmayaraq imtina ərizəsi yazaraq müalicə olunmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini deyib. 

Qeyd edək ki, bu gün bir neçə mətbu orqanda müxalifətçi fəalın övladına vaxtında tibbi yardım göstərilmədiyi üçün qızın həyatının təhlükədə olduğuna dair iddialar yer alıb.

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1233