hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Bakıda yataqxanada yanğın olub - VİDEO

Bakıda yataqxanada yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən cebhe.info-ya bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində beşmərtəbəli yataqxana binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu ünvana cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq tam söndürülüb.

Cebhe.info


Oxunma sayı: 606