Bakıda yol qəzası: Ölən və yaralanan var

Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, qəza zamanı hazırda şəxsiyyəti məlum olmayan şəxs ölüb.
Eyni zamanda Kürdəmir rayonu Sığırlı kənd sakini, 1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz oğlu ağır xəsarət alıb.
Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
Cebhe.info
Oxunma sayı: 1794