hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Bakıdakı 18 qəbiristanlıqla bağlı müəmma - Onlara yiyə duran yoxdur

Bakıdakı 18 qəbiristanlıqla bağlı müəmma - Onlara yiyə duran yoxdur

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin tabeliyində olan 32 qəbiristanlıqdan 14-ü artıq bələdiyyələrin balansına verilib.

Bu haqda məlumatı Cebhe.info-ya açıqlamasında Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin (ƏVXT) baş mühəndisi Sabir Həsənov verib.

Həmsöhbətimiz prosesin nə vaxt sonlanacağının məlum olmadığını deyib:

“14 qəbiristanlıq artıq bələdiyyələrin balansına verilib. Proses hazırda da davam edir. Qəbiristanlıqlarla bağlı qərar veriləndən onları bələdiyyələrin balansına verməyə başlamışıq. Bələdiyyələrin mülkiyyətində olmayanlar isə Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, ümumşəhər qəbiristanlığı, Hövsandakı qəbiristanlıqdır, başqa adlarını çəkmədiyim məzarlıqlar da var. Məsələn, Zabratdakı qəbiristanlığın bir hissəsini bələdiyyələrə vermişik, bir hissəsi isə hələ də qalıb. Zabrat 2, Zabrat 3 qalanlar siyahısındadır. Ümumilikdə bizim balansımızda 32 qəbiristanlıq vardı”. 

Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2016-cı il 5 aprel tarixli 185 VQD nömrəli Qanunu imzalayıb.

Sənədə əsasən, Torpaq Məcəlləsinin 47-ci maddəsinə əlavə edilib və əlavə ilə bundan sonra qəbiristanlıqların altındakı torpaqlar bələdiyyələrin mülkiyyətinə verilib.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 2179