hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Bakıdakı yanğına görə xəstəxanaya yerləşdirilənlər evə buraxıldı

Bakıdakı yanğına görə xəstəxanaya yerləşdirilənlər evə buraxıldı

Bakının Xətai rayonu Neapol küçəsi, 29/42-da, mənzil 79-da mansardın yanması nəticəsində 11 nəfərin boğulma ehtimalı ilə xəstəxanaya gətirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Cebhe.info-ya verilən məlumata görə, hadisə barədə məlumat təcili yardıma saat 01:48-də daxil olub. Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

Hadisə nəticəsində 5-i uşaq olmaqla, 11 nəfər tüstüdən boğulma ehtimalı ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.

Cebhe.info


Oxunma sayı: 452