hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Bakıdakı yeraltı su anbarının aqibəti necə olub? - Meriya və “Azərsu” xəbərsizdir

Bakıdakı yeraltı su anbarının aqibəti necə olub? - Meriya və “Azərsu” xəbərsizdir

Yasamal rayonunun keçmiş icra başçısı Sahib Məmmədov vaxtilə yaşıllıqların suvarılması, küçələrin yuyulması üçün istifadə olunan su anbarı ilə bağlı öz “Facebook” hesabında paylaşım edib:

"Sovetlər vaxtında Bakı şəhəri Yasamal rayonu (o vaxt Oktyabr) İkinci Paralel küçəsində (“Sovmin”in yaşayış binası deyilən bina ilə üzbəüz) Bakı Tunel Tikintisi idarəsinin 7 saylı Tunel Tikinti İdarəsi yeraltı su anbarı tikib. Həmin anbarda eyni vaxtda milyonlarla kub metr su ehtiyatı olub. Üstündən götürdükcə yerin altından süzülərək yenidən yığılırdı. Mən Yasmalada İcra Hakimiyyəti başçısı işləyəndə, laboratoriyada suyun tərkibini yoxlatdırdım.

Məlum oldu ki, tərkibində bir az fenol qatışıqları var. Ona görə içmək məsləhət deyil. Amma o zaman biz o sudan yaşıllıqların suvarılması və küçələrin yuyulmasında istifadə edirdik. Tükənməyən su mənbəyidir. İndi ağzını bağlayıblar. Əgər üstündə bina da tikiblərsə, heç təəccüb etmərəm".

Maraqlıdır ki, həmin anbarın aqibəti necə olub? Nə üçün yaşıllıqların, həyətlərin suvarılması üçün həmin sudan istifadə edilmir?

Cebhe.info-ya açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, onların balansında belə bir anbar olmayıb.

Məsələni Bakı Şəhər İcra Hakimiyyəti ilə aydınlaşdırmağa çalışdıq. Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini İsrafil Kərimov həmin su anbarının meriyanın balansında olmadığını deyib: “Başqa qurumların balansında olub. Texniki suyun çəkilişinə isə “Azərsu” baxır".

Nargilə
Cebhe.info


Oxunma sayı: 5028