hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərən 140 avtobus dezinfeksiya edilib

Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərən 140 avtobus dezinfeksiya edilib

Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində marşrut xətləri üzrə avtobuslarda dezinfeksiya işləri davam etdirilir.

Cebhe.info xəbər verir ki, avtobuslar insanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə dezinfeksiya edilib.

112, 104 və 106 saylı marşrut xəttinin qarajında hər gün axşam saatlarında 40 avtobus dezinfeksiya edilirsə, digər qarajda isə 100-ə yaxın avtobus təmizləndikdən sonra dezinfeksiya edilir.

Qeyd edək ki, bu avtobuslar Bakıətrafı kənd və qəsəbələr istiqamətində fəaliyyət göstərərək əsas metro stansiyalarını əlaqələndirir. Koronavirusun yayılmasını nəzərə alaraq, qabaqlayıcı tədbirlər görülməsi məqsədilə ölkəmizdə ictimai nəqliyyat sahəsinin də nəzarətdə saxlanılmasını zəruri edib. Bakı Nəqliyyat Agentliyi kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər görülməsi məqsədilə daşıyıcılara gündəlik olaraq sərnişin daşımalarında istismar edilən avtobusların xarici və daxili hissələrinin təmiz olmasına nəzarətin gücləndirilməsi, sanitar-epidemoloji vəziyyət nəzərə alınaraq avtobusların salonunda tez-tez dezinfeksiya işlərinin həyata keçirilməsi barədə tapşırıqlar verib.

Cebhe.info


Oxunma sayı: 1563

Bizim Telegram səhifəmizi izləyin