hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Bakını gözləyən BÖYÜK TƏHLÜKƏ: 5 milyon ağacın 80 faizi... - RƏSMİ

Bakını gözləyən BÖYÜK TƏHLÜKƏ: 5 milyon ağacın 80 faizi... - RƏSMİ

Həftəsonu ölkə ərazisində əsən güclü külək yenə ağaclara təsirsiz ötüşməyib. 

Noyabrın 2-də 3 ağacın kökündən çıxması halı qeydə alınıb. Bu ağaclardan biri Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində qaz xəttinin üzərinə aşıb, nəticədə isə 8 beşmərtəbəli binanın qaz təchizatı dayandırılıb. Dünən isə say bir qədər də artıb. Belə ki, bu dəfə külək və güclü yağış 15 ağacı kökündən qoparıb. Bir neçəsinin isə budaqları sınıb. Bu kimi hadisələrin baş verməsi sakinləri qorxuya salır. 

Maraqlıdır, bu kimi halların qarşısını almaq mümkündürmü? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, bu, təbii hadisə olduğu üçün qarşısını xüsusi tədbirlə almaq mümkün deyil: 

“Biz mümkün qədər tədbirlər görürük. Təbii fəlakətin qarşısında nə etmək olar? Paytaxtda ağacların 80 faizinin yaşı çoxdur. Onları biz kəsə bilmərik, çünki qanun buna icazə vermir. Buna görə də çalışırıq ki, insanları mümkün qədər maarifləndirək. Yeni ağacların əkilib, yaşlıların kəsilməsi isə uzun prosesdir. Bakıda 5-6 milyon ağac var. Bu ağacların böyüməsi uzun illərə başa gəlib. Yeni ağac əkib 30 il köhnənin yerini tutmasını gözləmək olmur. Bu gün ağac aşması qeydə alınmayıb. Şənbə-bazar  gücləndirilmiş rejimdə işləmişik. Aşma ehtimalı olan ağacları belə götürmüşük”. 

Orxan Məmmədov son iki gündə 50-ə yaxın qəzalı ağacın qeydə alındığını deyib: 

“Aşma ehtimalı olan ağaclarla birgə götürdüyümüz ağacların statistikası 2 gündə 30-dan çox olub. Hazırda isə budaq sınması ilə bağlı müraciətlər daxil olur, aşma ilə bağlı müraciət olmayıb. Budaq sınmasını da nəzərə alsaq, 50-ə yaxın qəzalı ağac qeydə almışıq. Onların qəzasının aradan qaldırılması üçün lazımi tədbirləri görürük. 2 gün əvvəl yağış yağdı, yağış yağdıqda həm torpaq, həm də ağacın oduncağı yumşalır. Külək əsdikdə isə bu ağacın kökündən qopması normaldır”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 3862