hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Bakının Baş Planı nə vaxt hazır olacaq? - BİLƏN YOXDUR

Bakının Baş Planı nə vaxt hazır olacaq? - BİLƏN YOXDUR

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müasir dünya təcrübəsinə istinad edilməklə torpaq və onun üzərindəki daşınmaz əmlak obyektləri barədə elektron kadastr məlumat bazası formalaşdırılır, ərazilərin rəqəmsal kadastr xəritələri tərtib edilir.

Artıq Bakı şəhərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, rəqəmsal kadastr xəritələri tərtib edilib. Şəhərin rəqəmsal kadastr məlumatları Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə elektron şəkildə təqdim olunub.

Məlumata görə, Bakının Baş Planının hazırlanmasında əsas istinad edilən bu bazada paytaxtda yerləşən əmlaklar, torpaq sahələri barədə müfəssəl məlumatlar yerləşdirilib.

Baş Planın hazırlanmasında son vəziyyətlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Cebhe.info-ya verilən açıqlamada bildirilib ki, məlumatlar olduqca ictimaiyyətə açıqlanır:

“Əmlak Məsələləri Dövlət  Komitəsi ilə məlumat mübadiləsinə başladığımız haqqında xəbər iyulda yayılmışdı. İndi paylaşılan xəbərdə komitə kadastr sistemi haqqında məlumat verib. Baş Plan haqqında yeniliklər olduqca mütəmadi ictimaiyyətə açıqlanacaq”. 

Əli Bədir 
Cebhe.info


Oxunma sayı: 1332