hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Bakının bu ərazilərində hərəkət məhdudlaşdırılacaq

Bakının bu ərazilərində hərəkət məhdudlaşdırılacaq

Təmir işləri ilə əlaqədar olaraq, sabah səhər saatlarından etibarən paytaxtın bəzi yollarında hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Cebhe.info-ya verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu Naximov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, sabah səhər saatlarından etibarən hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Agentlik tərəfindən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunub.
Cebhe.info


Oxunma sayı: 11067

Bizim Telegram səhifəmizi izləyin