hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Bakının bu ərazisi işıqsız qalıb

Bakının bu ərazisi işıqsız qalıb

Yasamal rayonu, I Alatava yaşayış ərazisində bu gün səhər saatlarından etibarən elektrik enerjisi təchizatı dayandırılıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Cebhe. info-ya açıqlamasında bildirib ki, hazırda həmin ərazidə elektrik təchizatının dayandırılması texniki məsələlərlə əlaqədardır:

"Ərazidə elektrik təchizatı texniki baxışla əlaqədar olaraq 3 saatlıq dayandırılıb. Məqsəd elektrik xətlərini, transformatorların yoxlanılması və gücləndirilməsidir. Ərazinin elektrik təchizatı saat 12:00-da bərpa olunacaq".

Əli Bədir
Cebhe. info


Oxunma sayı: 1123