hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Bakının ət bazarında vəziyyət: Qiymətlər enir, ekspert səbəbləri açıqlayır

Bakının ət bazarında vəziyyət: Qiymətlər enir, ekspert səbəbləri açıqlayır

Hazırda Bakının ət bazarında ucuzlaşma müşahidə olunur.

Ucuzlaşma dana ətində 1.60 manat, quzuda isə 1 manat səviyyəsində olub. Hazırda dana əti 9 manat 90 qəpiyə satışa çıxarılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl dana əti 11 manat 50 qəpiyə təklif olunurdu. Quzu əti isə 1 manat ucuzlaşaraq 12 manata düşüb.

Maraqlıdır, bu ucuzlaşma heyvandarlığın inkişafı ilə bağlıdır, yoxsa mövsümü xarakter daşıyır?

Bununla bağlı olaraq Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, bunun səbəbi mövsümlə əlaqəlidir:

"Ucuzlaşma müşahidə olunursa, bu mövsümlə bağlı olan məsələdir. Çünki Azərbaycanda heyvandarlığın inkişafı o dərəcədə irəliləməyib ki, yerli tələbatı üstələsin və yaxud bazarda ucuzlaşmaya səbəb olsun. İnsanların məişətində də hiss olunur ki, yay aylarında ətə tələbat azalır. Əslində, indiki şəraitdə Bakıda ət bahalaşmalıdır. Çünki rayonlardan Bakıya gətirilən mal bazarlarının əksəriyyəti işləmir. Ya da ki, alqı-satqı azalıb. Bu da koronavirus pandemiyası səbəbilə tətbiq edilən karantin rejimi ilə əlaqədardır. Payız ayları olsaydı, ət məhsulları bahalaşardı. Sadəcə olaraq, meyvə-tərəvəz mövsümü olduğu üçün ət məhsullarında ucuzlaşma var".

Naibə
Cebhe.info


Oxunma sayı: 2630