hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

Bakının “Son zəng”i çalındı - FOTOLAR

Bakının “Son zəng”i çalındı - FOTOLAR

Bu gün Azərbaycanda 2018-2019-cu dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng” qeyd olunur. 

Cebhe.info xəbər verir ki, 2018-2019-cu tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək. 45 616 nəfər isə I sinfi başa vuracaq.

2015-ci ildən etibarən Azərbaycanın məktəblərində "Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 15-də başa çatır.

Xəzər
Cebhe.info


Oxunma sayı: 947