hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Bakının mərkəzində “can bazarı”: Təcili yardım 40 dəqiqədən sonra gəldi - VİDEO

Bakının mərkəzində “can bazarı”: Təcili yardım 40 dəqiqədən sonra gəldi - VİDEO

Bir-iki gün əvvəl axşamtərəfi şəhərdə hava alırdıq.

Saat 20:30 olardı. Nizami küçəsindən 30-35 yaşlı bir kişinin vəziyyəti qəfil pisləşdi. İnsanlar başına toplaşdı, kömək etməyə çalışırdılar. Əvvəllər daha çox aqressiv davranışlarla xatırlanan polislərimiz bu dəfə həqiqətən məni yanıltdı. Bəlkə də həmin anda polislərin köməyi olmasaydı, halı pisləşən o şəxs həyatını hər kəsin gözü qarşısında itirəcəkdi.

Hadisə şahidlərinin sözlərinə görə, təcili yardıma zəng etsələrdə, gəlib çıxmayıb. 40 dəqiqədən çox orada olduq. Bu vaxt ərzində polis əməkdaşı Namiq Məmmədovun xüsusi canfəşanlığı olmasaydı, təcili yardım bəlkə daha gec gələcəkdi.

Namiq Məmmədov bildirdi ki, 40 dəqiqədən artıq təcili yardıma zəng etsələr də, həkimlər gəlib çıxmayıb. Təxminən 10-15 dəqiqə sonra həkimlər Nigar Rəfibəyli küçəsində yerləşən aptekin qarşısında dayanaraq, telefonda polis əməkdaşına “Biz gəlmirik, siz xəstəni özünüz gətirin” deyə təkid etdilər. Nəhayət, polislərin və vətəndaşların səyi ilə hadisə yerinə gələn təcili yardım bu dəfə laqeyd münasibətilə etiraz yaratdı. Həkimin çox ləng davranışı toplaşan insanları da sonunda özündən çıxartdı.

“Nəsə edin, xəstə ölür” deyən insanların reaksiyasından sonra şəxs polis və vətəndaşların köməyi ilə təcili yardım maşınına aparıldı.

Bundan sonra nələrin baş verdiyini görmədik, imkanımız ancaq polis əməkdaşlarına təşəkkür etməyə çatdı.

Ülviyyə

Yeganə Süleymanova

Cebhe.info


Oxunma sayı: 1596