hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Bakının Qurtuluş günü ilə bağlı videokonfrans keçirilib

Bakının Qurtuluş günü ilə bağlı videokonfrans keçirilib

Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı Səfirliyinin və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə videokofrans keçirilib.

Cebhe.info xəbər verir ki, konfransda Türkiyənin Azərbaycandakı səfri Ərkan Özoral , səfirliyin əməkdaşları, millət vəkilləri, tarixci alimlər, Nuru Paşanın Gəncədə olan zaman iqamətgah etdiyi evin sahibi, Nağı bəyin qardaşl nəvəsi Arifə xamım Şeyxzamanlı, Kazım Karabekir Paşanın qızı Timsal xanım, millət vəkillərimiz, qardaş Türkiyənin ehtiyatda olan generalları, iki ölkənin QHT sədrləri, baş redaktorlar, jurnalistlər iştirak edib.

Konfrans Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin Xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsi ilə işinə başladı. Daha sonra Qafqaz İslam Ordusuna həsr olunmuş video çarx təqdim olunub.

Tədbirin moderatoru, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərovun konfrans haqqında qısa məlumatından sonra sözü Türkiyənin Azəbaycandakı səfiri cənab Erkan Özoral verib.

Səfir əsrlərdən gələn Türkiyə-Azərbaycan münasibətləri, iki qardaş ölkənin birgə inkişaf yolu haqqında danışdı. Azərbaycan və Türkiyənin birlikdə keçirdiyi hərbi təlimlərdən, Hər iki ölkə prezidentlərinin 15 sentyabrla bağlı qarşılıqlı məktublarından danışıb.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Marifləndirmə İB-nin sədri Emin Həsənli çıxış edərək bildirib ki, Bakının işğaldan azad edilməsi tarixin ən böyük zəfərlərindən biridir. O, deyib ki, Qafqaz İslam Ordusunun qardaşlıq köməyi heç vaxt unudulmayacaq.

Konfransda Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov 15 sentyabrın Azərbaycan tarixdində müstəsna rolu olduğunu bəyan edib. Kazım Karabəkir Paşanın qızı Timsal xanım atasının Naxçıvan, Qars və Təbrizdəki fəaliyyətindən bəhs edib.

Çıxış edən Türkiyə Ehtiyatda Olan Zabitlər Birliyinin sədri ehtiyatda olan general-leytenant Namıq Kəmal ÇALIŞKAN Türkiyənin ehtiyatda olan zatitləri, hərbiciləri və qaziləri Qarabağ uğrunda döyüşə hazır olduqlarını bəyan edib.

Aydın
Cebhe.info


Oxunma sayı: 1673