hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Bakının "virus xəritəsi": Binəqədidə yoluxma niyə yüksəkdir? - RƏSMİ AÇIQLAMA

Bakının "virus xəritəsi": Binəqədidə yoluxma niyə yüksəkdir? - RƏSMİ AÇIQLAMA

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilərin statistikası açıqlanıb.

Belə ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.

Bakıda aşkarlanan yoluxma faktlarının 14,7 %-i bu rayonun payına düşür.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva bildirib ki, rayon ərazisində yerdəyişmənin çox olması virusa yoluxanların sayına təsir edir:

“Binəqədi rayonunda yaşayan əhlinin 50 faizi demək olar qeydiyyatsız olaraq yaşayanlardır. Əhali tez-tez yerini dəyişir, bu da yoluxmanın sayına öz təsirini göstərir. Rayonlardan gəlib Binəqədi ərazisində kirayədə yaşayanlar və müvəqqəti olaraq işləməyə gələnlər çoxdur. Bunlar da yoluxmanın sayının artmasına öz təsirini göstərir”.

Əbülfət Baxşəli
Cəbhə.info


Oxunma sayı: 1222