hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Bakının yeni Baş Planı: Yaşıllıqlar artırılacaq - RƏSMİ

Bakının yeni Baş Planı: Yaşıllıqlar artırılacaq - RƏSMİ

“Hazırda Bakı şəhərinin Baş Planı ilə bağlı layihə yekunlaşmaq üzrədir və yaxın zamanlarda təsdiqlənməsi gözlənilir. Bakıda yaşıllıq sahələrinin artırılması nəzərdə tutulur”.

Cebhe.info xəbər verir ki, bu barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda çıxışında deyib.

“Bulvar zolağının Bibiheybətə qədər uzadılması prosesinin davam etdirilməsi də layihədə yer alan məqamlardandır. Əhalinin artımı yaşıllıq zonalarının istismar olunması ilə müəyyən problemlər yaradır: Bu gün adambaşına düşən yaşıllıq 8 kvadmetr olmalıdır, lakin təəssüf ki, biz bunu görmürük. Yeni layihədə qarşıya qoyulan məqsəd bu hədəfə nail olmaqdır”.

Cebhe.info


Oxunma sayı: 2872