hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Bakının yolları buz bağlayıb: Avtobusların sürəti azaldılıb - FOTOLAR

Bakının yolları buz bağlayıb: Avtobusların sürəti azaldılıb - FOTOLAR

Dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

Cebhe.info xəbər verir ki, BNA-nın yaydığı məlumata görə, bir sıra istiqamətlərdə xüsusən də enişli-yoxuşlu ərazilərdə, körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb. Bu səbəbdən də hazırda əsasən Heydər Əliyev (şəhər mərkəzi kənar yol) və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir:

“Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb. Təhlükəsizlik məqsədilə və metereoloji amilləri nəzərə alaraq sərnişin avtobusları minimal sürətlə hərəkət edir.

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərin və avtobusların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülür. Səhər saatlarından mərkəzin giriş və çıxış hissələri, pilləkənlər qardan təmizlənir.

Bir daha hərəkət iştirakçılarından ehtiyatlı olmalarını, sürücülərdən sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.

Cebhe.info


Oxunma sayı: 628