hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Bakıya axın: Ev bazarında qıtlıq yaranıb

Bakıya axın: Ev bazarında qıtlıq yaranıb

Ənənəvi olaraq yay aylarında kirayə mənzil bazarında durğunluq hiss olunur.

Amma yeni dərs ilinin başlamasına az qalmış durğunluq tədricən aradan qalxır. Nəzərə alsaq ki, yeni dərs ilinin başlamasına 1 ay qalıb, bu halda bazarın vəziyyətində cüzi canlanma hiss olunmalıdır. Çünki daşınmaz əmlakın əsas müştəriləri sayılan tələbələr ev axtarışına çıxırlar.

Əmlak bazarı üzrə mütəxəssis Nüsrət İbrahimli Cebhe.info-ya bildirib ki, əvvəlki illərdən fərqli olaraq bu ilin iyul ayında kirayə mənzil bazarında nisbi aktivlik müşahidə edilib:

“Əgər əvvəlki illərin iyun-iyul ayında tələbələr kirayə qaldıqları mənzilləri boşaldırdısa, bu il bir qədər fərqli oldu. Yəni çox tələbə qaldığı evi boşaltmadı, ya öz əllərində saxlamağa üstünlük verdilər, ya da ki, yaxınlarına təhvil verdilər. Bu ilin iyul ayında regionlardan paytaxta gələn əlavə axın bazarda qiymətlərə bir qədər təzyiq yaratdı. İyul ayının nəticəsinə görə, 2.2 faiz qiymət artımı müşahidə edilib. Avqustun ortasında da bu təzyiq davam edir. Bu gün bazarda kirayə götürənlərin istəklərinə uyğun mənzil tapmaq çox çətindir. Yəni bazarda kirayə mənzillər var, amma o mənzillər daha çox orta və yuxarı ödəniş üçün nəzərdə tutulub. Məlumdur ki, tələbə kontingenti aztəminatlı kateqoriyaya daxildir. Ona görə də onlara uyğun mənzil demək olar ki, yox səviyyəsindədir. Yaranmış bu qıtlıq da bazarda bir qədər narazılıq yaradır”.

Ekspert hesab edir ki, avqustda və sentyabrın ortalarına qədər kirayə mənzil bazarında qiymət artımı davam edəcək:

“Amma sentyabrın ortasından oktyabr ayının sonuna qədər qiymətlər stabilləşir və sonra da bir qədər geri çəkilir”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 11441