t Bakıya gətirilən 8 milyonluq “Bugatti” ilə bağlı RƏSMİ AÇIQLAMA
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Bakıya gətirilən 8 milyonluq “Bugatti” ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıya gətirilən 8 milyonluq “Bugatti” ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıya yeni “Bugatti Chiron” markalı avtomobil gətirildiyinə dair xəbər yayılıb. 

Qiyməti olduqca baha olan avtomobil "Silk Way" aviaşirkəti vasitəsilə gətirilib. Belə ki, 2016-cı ildən istehsalına başlanan “Bugatti Chiron” markalı avtomobilin qiyməti 2,5 milyon avrodan, yəni 5 milyon manatdan başlayır. 

Avtomobil alınarkən ödənilən vergiləri, daşınma və gömrük rüsumunu da (avtomobilin ən aşağı qiymətə alındığı qəbul olunsa, minimum 1,7 milyon manat rüsum ödənilməlidir) və digər kiçik xərcləri də nəzərə alsaq, “Bugatti Chiron”un Bakıya gəlib çıxması üçün sifarişçisinin ən azı 7-8 milyon arası vəsait ödədiyini söyləmək mümkündür. Bildirək ki, hazırda onu kimin gətirdiyi məlum deyil. 

Maraqlıdır ki, 1,7 milyon manat təşkil edən gömrük rüsumu avtomobili gətirən tərəfindən ödənilibmi? 

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Cebhe.info-a açıqlamasında bildirib ki, Azərbaycana bu markalı avtomobil gətirilməyib:

“O avtomobil bizim ölkəyə gəlməyib. Sadəcə, Almaniyadan Dubaya tranzit bizdən keçib gedib. Aeroporta gətirilib, oradan da Dubaya aparılıb. Şəkildən də görünür ki, ərəb nömrələridir”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 19064