hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Baltikyanı dövlətlər rusiyalı diplomatları ölkədən çıxarır

Baltikyanı dövlətlər rusiyalı diplomatları ölkədən çıxarır

Baltikyanı dövlətlər – Latviya, Litva və Estoniyanın xarici işlər nazirlikləri Rusiyanın bu ölkələrdəki səfirlik əməkdaşlarının ölkədən çıxarılması barədə qərar qəbul ediblər.

“RİA Novosti” xəbər verir ki, Latviya bir, Litva iki və Estoniya bir rusiyalı diplomatı ölkədən qovur.

“Çexiyalı müttəfiqlərimizlə həmrəylik rəmzi olaraq və Vyana konvensiyasının pozulması ilə əlaqədar olaraq, Latviya rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib. Latviya nə öz ərazisində, nə də tərəfdaşlarının və müttəfiqlərinin ərazilərində təxribata dözməyəcək”, - Latviya xarici işlər naziri Edqar Rinkeviç tviterdə yazıb/Report.

Cebhe.info


Oxunma sayı: 397