hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Banklar dolları bahalaşdırdı: BAYRAMA HAZIRLIQ - FOTOLAR

Banklar dolları bahalaşdırdı: BAYRAMA HAZIRLIQ - FOTOLAR

Bir sıra kommersiya bankları dolların alış-satış qiymətlərini artırıb. 

Cebhe.info xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsi 1.70 olsa da, banklar dollar alışını rəsmi məzənnədən daha yüksək qiymətlə həyata keçirir. Bir neçə bankda apardığımız müşahidələr göstərdi ki, banklar dollar alışını artırmaqda maraqlıdır. Məsələn, “GünayBank” dollar alışını 1.7015, satışını isə 1.7030 manatla həyata keçirir. “BankBTB” də dolların alış-satışını artıran banklar arasındadır. “BankBTB” də dollar alışı 1.7015, satış isə 1.7030 manatdır. Valyuta məzənnələrində dəyişiklik etməyən banklar da var. Belə ki, “Kapital Bank” dollar alışını 1.6970, satışını isə 1.7020 manatla aparır. “Unibank”da valyuta mübadilə siyasətində dəyişiklik etməyən banklar sırasındadır. “Unibank” dollar alışını 1.6980, satışını isə 1.7030 manatla aparır. 

Maraqlıdır, bankların valyuta məzənnəsini artırmaqda marağı nədir?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlmasında bankların məzənnəni artırmasını qarşıdan gələn yeni il bayramı ilə əlaqələndirib. N.Cəfərli hesab edir ki, banklar bu yolla dollar ehtiyatlarını artırmağa çalışır:

“Yeni il qabağı Azərbaycandan xeyli insanların xarici səfərlərə getdiyini bilirik. Minlərlə insan bayram üçün ən azı Gürcüstan, Türkiyə, Rusiya kimi ölkələrə səfər edir. Ona görə də həmin dövrlərdə dollara təlabat da artır. Həmin banklar bu səbəbdən daha yuxarı məzənnə ilə vətəndaşlara cəlbedici təklif verərək özünə dollar ehtiyatı yığmağa çalışır. Banklar bunu bayramqabağı ona görə edir ki, bayram günlərində daha çox dollar satıb qazanc əldə edə bilsinlər. Ona görə də cəlbedici məzənnə ilə dolların alışını həyata keçirirlər. Rəsmi məzənnədə artıq 3 ilə yaxındır ki, heç bir dəyişiklik yoxdur. Açığı, ökədə dollar qııtlığı da yoxdur. Çünki Dövlət Neft Fondunun vəsaitlərini Mərkəzi Bank mütəmadi olaraq satışa çıxarır. Belə bir böyük həcmdə dollar çatışmazlığı yoxdur. Amma əhalinin əlində olan dolları yığmaq üçün banklar bu cür cəlbedici təkliflər verir. Banklar bu addımı nəğd dollar ehtiyatını artırmaq üçün edir. Düşünürəm ki, bayramqabağı bu addımın atılması yeni ildə təlabatın artacağını nəzərə alaraq daha çox dollar satışı həyata keçirmək cəhdidir”. 

N.Cəfərli hesab edir ki, bayramda dolların satış məzənnəsinin cüzi də olsa bahalaşma ehtimalı var: “Çünki Mərkəzi Bankın qoyduğu koridor imkan verir ki, satış məzənnəsi 1.7050 manata qədər artırılsın. Ona görə də düşünürəm ki, yeni il qabağı təlabat və satış həcminin artması nəzərə alınaraq, məzənnədə dəyişiklik ola bilər”.

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 2355