hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Banklar Mərkəzi Bankın “sözündən çıxdı” – AÇIQLAMA

Banklar Mərkəzi Bankın “sözündən çıxdı” – AÇIQLAMA

Azərbaycanda pandemiya ilə əlaqədar olaraq bank kartlarının müddətinin sentyabrın 30-dək uzadılması ilə bağlı Mərkəzi Bank qərar versə də, banklar bu qərara əməl etməyib.

Bu barədə Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib:

“Banklar vəd versələr də kartların müddətini uzatmadılar. Xüsusilə, kommersiya təşkilatları, kütləvi informasiya vasitələri üçün, qeyri –hökumət təşkilatları üçün bank kartlarının müddətini uzadılmadı”.

Xatırladaq ki, Mərkəzi Bankın iyun ayının 18-də açıqlanan qərarında bildirilib:

“Ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də, bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir və bu tədbirlərin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən də daimi əsasda müvafiq addımlar atılır. Bankların filial və şöbələrində, eləcə də bankomatların qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də ünvanlı dövlət sosial yardımları üzrə istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının istifadə müddətinin 30 sentyabr 2020-ci ilədək artırılması üçün Mərkəzi Bankı tərəfindən müvəkkil banklara müraciət olunub.

Həmin müraciət müvəkkil banklar tərəfindən təmin olunaraq müvafiq ödəniş kartlarının istifadə müddəti avtomatik olaraq uzadılıb.

Eyni zamanda Mərkəzi Bank tərəfindən banklara müştərilərin istəyilə yeni emissiya edilmiş ödəniş kartlarının bankların texniki imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla kuryer vasitəsilə ünvana çatdırılması xidmətlərinin göstərilməsi də tövsiyə olunub.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq cari ilin mart ayında da Mərkəzi Bank tərəfindən müvəkkil banklara adıçəkilən ödəniş kartlarının istifadə müddətinin artırılması ilə bağlı müraciət ünvanlanıb və həyata keçirilən tədbirlər sayəsində bank müştəri təmasları mümkün qədər azaldılıb”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 2828