hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

Banklar və “exchange”lər bağlanır? - Qərargah açıqladı

Banklar və “exchange”lər bağlanır? - Qərargah açıqladı

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.

Cebhe.info xəbər verir ki, fəaliyyətinə heç bir qadaga tətbiq olunmayan sahələr siyahısında maliyyə təşkilatları da yer alıb. Bura isə banklar və valyuta mübadiləsi məntəqələri, sığorta təşkilatları, ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar daxil edilib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 10110