hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Banklara ipoteka limiti necə ayrılır? – “Fond meyarları açıqlamır”

Banklara ipoteka limiti necə ayrılır? – “Fond meyarları açıqlamır”

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 2021-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

Fond bildirir ki, limitlərin aktivləşdirilməsi 14 yanvar 2021-ci il tarixində saat 10:00-da başlayacaq. Mənzil probleminin aktual olduğu mövcud durumda banklara limitin nə üçün ayrılması vətəndaşlarda sual yaradır. Eləcə də limitin ayrılmasında hansı meyarların əsas götürülməsi maraqlıdır.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, dövlət hər il ipoteka kreditləri üçün İpoteka və Kredit Zəmanət Fonduna müəyyən məbləğ ayırır:

“Fond həmin vəsaiti banklar arasında bölür. Faktiki olaraq prosedur belə olur – bank vətəndaşa ipoteka kreditini öz pulu hesabına verir, sonra isə Fonda müraciət edir və Fond bu pulu ona verir. Buna görə də Fond əvəlcədən banklara ayırdığı məbləği bildirir. Əgər ümumi məbləğ varsa, o banklar arasında bölünməlidir”.

Ekspert deyir ki, Fond heç zaman bir banka çox, o birinə az məbləğ ayırmasının səbəbini açıqlamır:

“Mən hansısa banka limitin çox, hansınasa az qoyulmasında problem görmürəm. Əslində bu, belə də olmalıdır-böyük banklar, kiçik banklar, maliyyə şəbəkəsi böyük olan, kiçik olan banklar, müxtəlif bölgələrdə təmsil olunan və olunmayan banklar var. Amma Fond heç bir zaman limitin ayrılmasında hansı meyarların əsas götürülməsi ilə bağlı açıqlama vermir. Yəni limit qeyri-şəffaf olaraq tətbiq edilir”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 760

Bizim Telegram səhifəmizi izləyin