hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Bankların köhnə problemlərinə yeni yanaşma

Bankların köhnə problemlərinə yeni yanaşma

"Banklarda hesab üzrə əməliyyatlarda köhnə problemlər hələ də qalmaqdadır".

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib.

O bildirib ki, bu problemlər özünü məhdudlaşdırmalarda (hesabdan hesaba, kartda-karta və s.), ehtiyac olmadığı halda vergiyə cəlb edilmələrdə (məsələn, 1%-lik vergi) özünü göstərir:

"Banklara şikayət edirsən səbəbkar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Vergilər Nazirliyini (o cümlədən Maliyyə Monitorinq Xidməti) göstərirlər. Adıçəkilən qurumlardan soruşursan belə göstəriş və ya tövsiyə vermədiklərini əsas gətirərək bu halları bankların öz təşəbbüsü adlandırır. Bu halda kimin haqlı olduğu müəyyən etmək mümkün olmur, nəticədə müştərilər əziyyət çəkirlər. Fikrimcə, ictimai müzakirə keçirilməsi məqsədəuyğun olardı. Tədbirdə bir tərəfdə MBNP və Vergilər Nazirliyi, digər tərəfdə Azərbaycan Banklar Assosiasiyası və banklar, üçüncü tərəfdə isə Sahibkarlar Konfederasiyası və sahibkarlar, müstəqil ekspertlər iştirak etməlidir. Üçtərəfli müzakirə vasitəsilə mövcud problemləri ortaya çıxarıb onları aradan qaldırmaq olar".

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 925