hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Bankların kredit portfeli nə qədərdir?

Bankların kredit portfeli nə qədərdir?

Azərbaycan banklarının kredit portfeli 20 milyard manatdan artıqdır. 

2018-ci ilin statistikasına görə kredit portfeli 1 milyard 923 milyon 33 min manat olan Azərbaycan Beynəlxalq Bankı birinci, 1 milyon 303 min 390 manatla Pakistan Milli Bankı sonuncu yerdə qərarlaşmışdı. 2015-ci ildə ölkədə baş verən iki kəskin devalvasiyadan sonra bankların kredit portfeli ciddi şəkildə aşağı düşdü. Bunu nəzərə alsaq, öncəki illərdə bu rəqəmin 30 milyarda yaxın olduğun olduğunu demək olar.

Cebhe.info xəbər verir ki, 2019-cu ilin ilk rübü ərzində banklar ümumilikdə 1.7 milyard manat kredit verib. Bu haqda məlumatı isə Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədri İbrahim Alışov “Bank işində və ödəniş ekosistemində yeni tendensiyalar: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” mövzusunda FINTEX sammitində çıxışı zamanı deyib. O, ümumilikdə bazarda vəziyyətin yaxşılaşmasını və dollarlaşmanın azalmasını qeyd edib. O bildirib ki, bank sektorunun kapitalının adekvatlığı normativ göstəriciləri üstələyir və 20,2 faiz təşkil edir. Palata rəsmisinin sözlərinə görə, bu, sektorun dayanıqlılığının göstəricisidir.

Ekspertlər hesab edir ki, problemli kreditlərin həlli ilə bağlı ölkə başçısının sərəncamından sonra bu tendensiya daha da sürətli hal alacaq. Qeyd edək ki, cari ilin ilk 3 ayının statistik rəqəmləri sərəncamdan əvvələ təsədüf edir. Sərəncamın müsbət nəticələri isə ilin yekunları ilə bağlı statistik məlumatlarda daha dəqiq görünəcək.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 375