hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Barak Obama İrəvana neçəyə gəlir? 

Barak Obama İrəvana neçəyə gəlir? 

Oktyabrın 6-9-da İrəvanda Ümumdünya İnformasiya Texnologiyaları Konqresi keçiriləcək.

Cebhe.info-nun məlumatına görə, tədbirə dünyanın həmin İT sahəsində tanınmış xadimləri dəvət ediləcək. "Qraparak" qəzetinin yazdığına görə, ABŞ eks-prezidenti Barak Obama da konqresə dəvət alanlar sırasındadır. "Hazırda təşkilatçılar bir günlük səfər və 30 dəqiqəlik nitq söyləmək üçün ABŞ-ın sabiq prezidenti Barak Obama danışıqlar aparır. Buna görə bir neçə yüz min dollar ödəməyə hazırlaşırlar.

Adətən Obama bir çıxışına görə 400-800 min dollar alır. Onun bu dəfə nə qədər istəyəcəyi danışıqların nəticəsində aydın olacaq"-qəzet belə yazır. 
Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 584