hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

"Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzi niyə ləğv edilib? – RƏY

"Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzi niyə ləğv edilib? – RƏY

""Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzi “Azercell”-in struktur vahidi olaraq ləğv olunub və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin (NRYTN) tabeliyində İnnovasiyalar Agentliyinin tərkibinə qatılıb. 10 il “Barama”-ya rəhbərlik edən İmran Bağırov, yumşaq desək, istefa verəsi olub. Onun təcrübəsindən istifadə olunmaması təəssüf doğurur".

Cebhe.info xəbər verir ki, bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.

"İnnovasiyalar Agentliyinin idarəetməsində təcrübə, bilik və bacarıqlara deyil, hələlik subyektiv amillərə üstünlük verilir. 10 illik tarixi və ənənəsi olan işlək bir qurum aktiv olmayan bir agentliyin tərkibinə qatılıb.

Rəqəmsallaşmaq və transformasiya etmək iddiasında olan, innovasiyalaşmaq istəyən “Azercell” dövlət şirkəti özəl innovativ qurumunu tərkibində saxlaya bilməyib. Görünür, bürokratik təsirlər qarşısında aciz qalıb.

“Azercell”-in rebrendiqdən sonra verilən ilk qərarını yanlış hesab edirəm. Düşünürəm ki, bu addım nəinki “Azercell”-in ümumiyyətlə ekosistemin inkişafı üçün uğurlu bir yanaşma deyil".

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1684