"Barselona" növbəti tura çətinliklə vəsiqə qazandı

"Barselona" futbol üzrə İspaniya Kubokunun 1/16 finalında "Kornella" ilə qarşılaşıb.
Cebhe.info xəbər verir ki, qarşılaşma Katalon klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib oyunun əsas vaxtında müəyyənləşməyib.
Matçda hesabı 92-ci dəqiqədə Usman Dembele açıb, oyunun 120+1 dəqiqəsində Martin Braytvayt son nöqtəni qoyub.
Qeyd edək ki, "Barselona" qarşılaşmanın gedişatında iki dəfə penaltini reallaşdıra bilməyib. Əvvəlcə Miralem Pyaniç, sonra isə Dembele bu imkanlardan yararlana bilməyiblər.
Cebhe.info
Oxunma sayı: 771